Serbiyanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir

11 Avqust 2014 12:16 (UTC+04:00)
Avqustun 11-də Serbiya Respublikasının Müdafiə naziri cənab Bratislav Qaşiç Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Cənab B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 13-dək davam edəcək.

AzNews.az