İqbal Ağazadə işğaldakı evinin fotosunu yaydı

11 Avqust 2014 12:40 (UTC+04:00)


Musavat.com xəbər verir ki, millət vəkili İqbal Ağazadə Facebook vasitəsi ilə Füzuli rayonunun Merdinli kəndindəki evlərinin google-mapsdan alınan foto - görüntülərini yayıb. Hazırda ermənilərin işğalında olan həmin ev barədə isə aşağıdakıları yazıb:



"Yay aylarında dostlarımdan kimsə "kənddəyəm" deyəndə içimdə nəsə qırılır... Bir adamın kəndinin olmaması məncə faciədir, yarımçıqlıqdır... Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır. Hər gün xəritədə neçə dəfələrlə o yolları eynən uşaqlıqdakı kimi, sallanaraq aşağı-yuxarı gedirəm. Eynən uşaqlıqdakı kimi..."


AzNews.az