Bakıda ana və qızın intiharı faktı ilə bağlı cinayət işi açıldı

12 Avqust 2014 10:55 (UTC+04:00)


Bu barədə Trend-ə Yasamal rayon prokuroru Həsrət Pirməmmədov məlumat verib.

H.Pirməmmədov deyib ki, ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

Prokuror bildirib ki, Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib. Onun dalınca anası özünü atıb.

AzNews.az