9 işçi köməksiz qaldı- Türkiyə mədən faciəsi astanasında - Video

12 Avqust 2014 13:38 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, hadisə gecə saat 02.30 radələrində baş verib. Qəza zamanı mədəndə tunel bağlanıb. Nəticədə 9 mədənçi ilə əlaqə kəsilib. Hazırda xilasedicilər yolu təmizləyirlər. Təcili tibbi yardım briqadaları isə mədənin giriş hissəsində növbə çəkir.

Mədəndə köməksiz vəziyyətdə qalan işçilərin adları da açıqlanıb. Bunlar Yüksel Günbel, Ayhan Günbel, Cüneyt Karagünlü, Mustafa Pazarbaşı, Muhammet Kilitçi, Murtaza Pazarcıklı, Müslüm Bayrak, Serhat Malkır, Tamer Tufaldır.



Məhəmməd
AzNews.az