Firudin Qurbansoy: “Elə tanınmış adamlar var ki, onlara heç ulduzlar da kömək edə bilməz”

11 Sentyabr 2012 16:29 (UTC+04:00)


Astroloq Firudin Qurbansoyun AzNews.az-a müsahibəsi:

- Firudin müəllim, sizin filologiya üzrə fəlsəfə doktoru, yazıçı olmağınızı, hətta bəzi pyeslərinizin səhnələşdirilməsini çox az adam bilir. Hamı sizi astroloq və ekstrasens kimi tanıyır...

- Məni ekstrasens kimi bilənlər savadsızdırlar. Mən sadəcə bu elmi dərindən öyrənmişəm, TV-də veriliş aparmışam. Amma mən insanları aldatmamışam. Ömründə namaz qılmayanlar məni dinin əleyhinə olmaqda günahlandırırlar. Mənim bundan başım çıxmasa, bəzi yalançılar kimi heç danışamaram.

- Bəs, necə oldu ki, bu elmi öyrəndiniz?

-Mən Füzulini öyrənirdim. Sonra qərar verdim ki, onu daha yaxından tanıyım. Onun yazdıqlarını başa düşmək üçün bu elmi dərin bilməlisən.

-Hansı sahənin adamları sizə daha çox müraciət edir: siyasətçilər, ya müğənnilər?

-Əslində, mənə çox adam müraciət edir. Amma mən mənə müraciət edənləri ciddi hesab eləmirəm. Ad vermək istəmirəm. Şou-biznesdən isə ümumiyyətlə, danışmaq istəmirəm. Elələri var ki, onlara ulduzlar da kömək edə bilməz. Siyasətçilər isə.... onlardan da çox müraciət olur. Amma yenə də deyim mən ekstrasens və yaxud da baxıcı deyiləm. Mən sadəcə aliməm və ulduzlar haqqında elmi öyrənirəm.

-İndiyə kimi hansı proqnozunuz düz çıxmayıb?

-Bu günə kimi nə demişəmsə düz çıxıb. Çünki mən çox şey danışmıram. Nadir hallarda nəsə haqda danışıram. Elə dediyim sözlər olub ki, ona inanmayıblar, amma sonda mənim doğru olduğumu görüblər.

-Bəlkə bizə bir proqnoz verəsiniz... Bu il Azərbaycanın istər ictimai-siyasi, istərsə də mədəni sahəsində nələr olacaq?

-Bu il Azərbaycan üçün elə yadda qalan hadisə görünmür. Hər sahə çox sakit keçəcək. Bu il Azərbaycan üçün çox sakitdir.

Səadət Abbaslı
AzNews.az