Şeyxin yubileyi Tiflisdə qeyd olunacaq
12 Avqust 2014 14:26 (UTC+04:00)
QMİ-dən AzNews.az-a verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.
Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.
Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.
AzNews.az