Cəmil Həsənli və Əli Kərimlinin KXCP-dəki tədbirə qatılmamasının - Şok səbəbi

12 Avqust 2014 14:48 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənli və Əli Kərimlini tədbirə şəxsən dəvət edib. Hər iki qurum sədri tədbirdə iştirak edəcəklərinə dair söz versələr də, son anda M. Mirəlioğluna zəng edərək, yığıncağa gəlməyəcəklərini deyiblər.

M. Mirəlioğlunun sədrləri tutduğu mövqelərindən yayındırmaq cəhdi isə nəticə verməyib.

C. Həsənli və Ə. Kərimli tədbirdə iştirak etməməsinin səbəbini toplantının Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə keçirilməsi ilə əsaslandırıblar.

Mirmahmud Mirəlioğlu AzNews.az-a qeyd olunanlarnı təsdiqləyib.

Yazı hazırlananrkən öyrəndik ki, həmin tədbirə Ə. Kərimliyə yaxın hüquq müdafiəçiləri də qatılmayıb.



Bahar Rüstəmli
AzNews.az