Bakıda partlayış təhlükəli əşyalar aşkarlanıb

12 Avqust 2014 17:57 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli əşyalar aşkarlanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən partlayış təhlükəli əşyaların boş gövdələri aşkar edilib.

Aşkarlanmış 1 ədəd 150 mm çaplı top mərmisi, 1 ədəd 85 mm çaplı top mərmisi, 2 ədəd 82 mm çaplı minaatan mərmisi, 8 ədəd 60 mm çaplı minaatan mərmisi, 12 ədəd 125 mm çaplı BK-125 mərmisi olduğu müəyyən edilib.

Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Axtarış işləri nəticəsində qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.

AzNews.az