Polis rəisi qətlə yetirildi

12 Avqust 2014 20:31 (UTC+04:00)
Liviyanın paytaxtı Tripolinin polis rəisi polkovnik Məhəmməd əs-Suissi qətlə yetirilib.

APA-nıın BBC-yə istinadən verdiyi xəbərə görə, polis rəisi şəhərətrafında keçirdiyi görüşdən qayıdarkən pusquya düşüb.

Məhəmməd əs-Suissinin qiyamçı general Xəlifə Xəftarın tərəfdarı olub. Liviyada istefaya göndərilmiş general Xəlifə Xəftar tabeçiliyində olan ordu qüvvələri və digər silahlı dəstələr arasında genişmiqyaslı döyüşlər gedir.

AzNews.az