Ərdoğandan Haşimiyə yaşıl işıq
11 Sentyabr 2012 16:36 (UTC+04:00)
Barəsində İraq məhkəməsi tərəfindən ölüm hökmü çıxarılmış vitse-prezident Tariq Əl-Haşiminin İraqa ekstradisiyası ilə bağlı baş nazir Rəcəp Tayyib Ərdoğan açıqlama verib.
AzNews.az-ın hurriyetdailynews.com saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan "biz onu ürəyi istədiyi qədər ölkəmizdə qonaq edə bilərik" deyib.
Xatırladaq ki, məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilmiş Sünni vitse-prezident Haşəmi demişdi ki, bu, sırf siyasi qərardır. O, əsl ədalət önünə çıxmaqdan çəkinmir.
Sadiq
AzNews.az