Oğuz meşələri bu gün yenə yandı - FHN

13 Avqust 2014 09:06 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yanğın nəticədə meşə təsərrüfatına məxsus 5 hektar ərazidə qurumuş ağaclar, ağac budaqları, və kol-kos yanıb. Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, qeyd olunan ərazidə bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.

Amid
AzNews.az