Sabaha olan hava proqnozu

13 Avqust 2014 11:13 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqustun 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

AzNews.az