Luqansk mühasirədə - Həyat iflic olub (FOTO)

13 Avqust 2014 12:42 (UTC+04:00)


AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, artıq 11 gündür Luqanskda elektrik təchizatı dayanıb.
Şəhərin su təminatı da yox dərəcəsindədir, o cümlədən mobil və stasionar telefon rabitəsi də işləmir. Əhali yeməklərini ocaqda bişirir.

Luqanskda atəş səsləri də dayanmır. Bu səbəbdən ticarət obyektlərinin böyük hissəsi işləmir. Lakin çörəklə bağlı qıtlıq yoxdur.

Apteklərin də çox hissəsi fəaliyyətini dayandırıb. Şəhərdə dərman çatışmamazlığı var.

Son sutka ərzində isə 350 nəfər "yaşıl dəhliz" vasitəsilə Luqanskını tərk edə bilib.

Məlumatda o da qeyd olunub ki, şəhər bütünlüklə kənar aləmdən izoliasiya olunub.

Əhməd
AzNews.az