Girovların məktubları ailələrinə verildi- Mətn
13 Avqust 2014 13:03 (UTC+04:00)
ANS PRESS-in bölgə müxbirinin verdiyi Şahbaz Quliyevin bacısı İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nın Bərdə ofisindən bildiriblər ki, hələlik girovların şəkillərinin ailələrinə çatdırılması barədə danışıqlar gedir.
Eyni zamanda Şahbaz Quliyevə çatdırılması üçün ailə üzvlərinin şəkilləri istənilib. BQXK-nın Bərdə ofisindən onu da bildiriblər ki, girovlarla bir də sentyabr ayında görüş təşkil ediləcək.
Ailənin cavab məktubu da o vaxt girovların çatdırılacaq.
Şahbaz Quliyevin məktubundan bir hissəni nəzərinizə çatdırırıq:
"Salam bacılarım və qardaşlarım. Mənim vəziyyətim yaxşıdır. Hamıya məndən salam deyin. Nənəmə və Elzaya salam. Qardaşınız Şahbaz".
AzNews.az