Ulyanovskda Ümumrusiya Azərbaycan Konqresinin bölmə sədri güllələndi

11 Sentyabr 2012 21:47 (UTC+04:00)


Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynova qarşı sui- qəsd edilib. AzNews.az-ın rg.ru saytına istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman İslam Hüseynov ofisində olub.

2 şəxs ofisə gələrək, qapıda dayanan cangüdən İqor Beznosyukdan içəri keçməyə icazə istəyiblər. Səbəb kimi isə yardıma ehtiyacı olduqlarını bildiriblər. Cangüdən onalara içəri keçməyə icazə verdiyi zaman, səsboğucu odlu silahdan atəş açaraq 43 yaşlı İqoru öldürüblər. İslam Hüseynov isə başından yüngül yaralanıb. Həmin vaxt otaqda Hüseynovun oğlu və müvaini də olub. Onların xəsarət almadığı bildirilir.

Hüseynov hadisə ilə bağlı bildirib ki, bu, ona qarşı törədilən artıq 3-cü sui-qəsd cəhdidir. O, həmçinin əlavə edib ki, cinəyatkar ona külli miqdarda borcu olan yerli sakindir.

Xatırladaq ki, Hüseynova qarşı ilk sui-qəsd 2009-cu ildə törədilib. O, zaman killerlər onu səhv salaraq tamam başqa şəxsi güllələyiblər. İkinci sui-qəsd cəhdi isə bir il sonra, 2010-cu ildə həyata keçirilib. Həmin vaxt Hüseynov sükan araxasında atəşə məruz qalsa da, başını əyərək canını qurtara bilib.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Ulyanovsk polis bölməsinin əməkdaşı Aleksandr Sorokin bildirib ki, əvvəlki sui-qəsddə əli olan bütün cinayətkarlar saxlanılıb və onlara məhkəmə qərarı ilə cəza kəsilib: "Hesab etmirəm ki, cinayətkarlardan hansısa azadlıqdadır və bu cinayətdə onların əli var"

Sadiq
AzNews.az