Azərbaycan Türkiyədən yeni silahlar alır - FOTOLAR

13 Avqust 2014 18:38 (UTC+04:00)
Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə istehsalı olan "Milli Piyada Tüfəngi" ("MPT"), o cümlədən 7,62 milli metrlik "MPT-76" silahları ilə maraqlanır.

Publika.az-ın Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, artıq qarşıdakı aylarda sözügedən silahların alınması ilə bağlı ölkələr arasında anlaşma sənədinin imzalanması gözlənilir.

Həmin silahın əldə olunması ilə maraqlanan ölkələr arasında Azərbaycanla yanaşı, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan və Cənubi Koreya da var.

Qeyd edək ki, Türkiyənin ilk yerli istehsalı olan "MPT-76" silahının 200 ədədi bu yaxınlarda Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib. "MPT-76" silahı 2015-ci ildən etibarən isə köhnə "G-3" silahları ilə əvəz olunacaq.

Türkiyənin Müdafiə Sənayesinin istehsalı olan "MPT-76" silahının xarici ölkələrə ilk satışına isə bu ilin sonlarında başlanılacağı planlaşdırılır.

AzNews.az