"Müdafiə naziri" ağır yaralandı

13 Avqust 2014 19:28 (UTC+04:00)
Qondarma Donetsk Xalq Respublikasının lideri İqor Girkin-Strelkov ağır yaralanıb.

APA-nın "UNN"ə istinadən verdiyi xəbərə görə, bu barədə separatçı qurumun rəsmi nəşri olan "Novorossiya" informasiya agentliyi məlumat yayıb.

"İqor Strelkov ağır yaralanıb. Bu barədə Novorossiya rəhbərliyindəki mənbə bildirib. Donetsk Xalq Respublikasının müdafiə nazirinin vəziyyəti hazırda ağırdır. Məlumat dəqiqləşdirilir", deyə məlumatda bildirilir.

Ukrayna Antiterror Mərkəzində məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

AzNews.az