Bakıda avtobus aşdı- ölən və yaralananlar var -Video (YENİLƏNİB)

14 Avqust 2014 08:46 (UTC+04:00)
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.

Qəza nəticəsində xəsarət alanlardan daha bir nəfər - naməlum kişi xəstəxanada dünyasını dəyişib.

Bununla da, qəzada ölənlərin sayı ikiyə çatıb.


***
09:13

Bakıda avtobus qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların adları dəqiqləşdirilir.

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.



AzNews.az