ABŞ İŞİD-ə qarşı fəal mübarizəyə başlayır

14 Avqust 2014 08:01 (UTC+04:00)


anspress-in məlumatına görə, Ağ Ev rəhbərliyi hazırda bu barədə müzakirələr aparır. Bir qədər əvvəl Amerika hökuməti İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirmişdi. ABŞ rəsmiləri İraq hökuməti razılıq verəcəyi təqdirdə etnik azlıqların zorakılıqlardan xilas edilməsi üçün bölgəyə desant endirə biləcəyini deyib.

"Əsas məqsədimiz bu insanların daha təhlükəsiz yerlərə təxliyə edilməsidir" - deyə milli təhlükəsizlik üzrə müşavir müavini Ben Rodes qeyd edib.

AzNews.az