Ermənilər Ağdam və Tərtərdəki mövqelərimizi atəşə tutdu

14 Avqust 2014 08:12 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az