Abituriyentlərin nəzərinə

14 Avqust 2014 08:19 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin bugün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.

AzNews.az