Yerin 80 metr dərinliyində restoran -FOTO

12 Sentyabr 2012 07:55 (UTC+04:00)
Finlandiyada gənc aşpaz Timo Linnamaki şəxsi restoranı olan "Muru"nun qapılarını müştərilərin üzünə açıb. Bu restoranı başqalarından fərqləndirən yerin 80 metr dərinliyində yerləşməsidir.

Linnamakinin 164 avroluq 4 nəfərlik menyusuna duzda somon balığı, dana ətindən bonfile, Perno şərabında bişirilən salyandoz və almalı torta kimi yeməklər daxildir. Restorana maraq o qədər çox olub ki, sentyabrın 29-a qədər bütün yerlər dolduğundan sifarış qəbul olunmur.

E.Əlosmanqızı
AzNews.az