Azərbaycanda əmək haqqı 3 faiz artıb

14 Avqust 2014 10:34 (UTC+04:00)
AzNews.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7 faizi dövlət müəssisələrində, 27,3 faizi özəl bölmədə çalışıb. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,0 faiz artaraq 539,0 manat olub, bu göstərici hava nəqliyyatında 780,0 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462,0 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq 726,4 manat olub.

AzNews.az