Azərbaycanda hamilə qadından dəhşətli əməl

14 Avqust 2014 11:49 (UTC+04:00)


anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb.

Sakinlərdən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qadın hamilə olub.

Ağcabədi rayon Prokurorluğundan bildirdilər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyidi həyətdəki tövlədə asılı aşkar olunub.

İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.

Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub.

AzNews.az