Leyla Əliyevanın şeirinə mahnı bəstələndi

14 Avqust 2014 12:02 (UTC+04:00)


AzNews.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni-bəstəkar özü məlumat verib:

"Yanvarda saytda Leyla Əliyevanın "Lyudi" adlı şeirini oxudum. Qeyri-ixtiyari ona musiqi zümzümə etdim. Daha sonra piano arxasına keçib, mahnı bəstələdim. Bu yaxınlarda isə Azərbaycan dilinə çevrilən "İnsanlar" adlı şeirini oxudum. Ona isə başqa bir musiqi yazdım. Bu, daha lirik idi. İşərisində muğam da var. Rus dilində olan varianta ritmik bəstə hazırlamışdım. Mahnını bir neçə hissədə - müzikl kimi təqdim edəcəm. Hazırda aranjiman olunur. Yaxın günlərdə işıq üzü görəcək".

AzNews.az