Azərbaycanda 1400-ə yaxın əkiz körpə doğulub

14 Avqust 2014 12:49 (UTC+04:00)


Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulub.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.

Körpələrin 1396-sı əkiz, 30-u üçəm doğulub.

AzNews.az