Cavad Heyət sabah dəfn ediləcək - Bakıda

14 Avqust 2014 16:59 (UTC+04:00)
Dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin nəşi dəfn olunması üçün 15 avqust saat 17:00-da Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektində yerləşən binasının ("Elmlər Akademiyası" metro-stansiyasının yaxınlığı) dairəvi zalından qaldırılacaq.

AzNews.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, Cavad Heyətin Fəxri Xiyabanda dəfn ediləcəyi gözlənilir.

Xatırladaq ki, professor Cavad Heyət Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi. Ötən gün dünyasını dəyişən bu məşhur alimin arzusuna uyğun olaraq Təbrizdə deyil, Bakıda dəfn edilməsi ilə bağlı İran səfirliyi ilə müzakirələr aparılırdı. Yekunda mərhumun vəsiyyətinin nəzərə alındığı bildirilir.

AzNews.az