Xəzər Xəzərdə boğuldu

14 Avqust 2014 20:59 (UTC+04:00)
Xəzər dənizində 1 nəfər batıb
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Fətəliyev Xəzər Polad oğlu Seyidli sularda xilasetmə postundan (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sağda nəzarətsiz ərazidə) batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

X.Fətəliyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:00-də başa çatıb.

AzNews.az