Bakıda xanım sürücü qəza törətdi- 3 nəfər xəsarət aldı - FOTO + VİDEO

15 Avqust 2014 07:04 (UTC+04:00)

APA TV-nin məlumatına görə, hadisə Xarici Dillər Universitetinin yaxınlığında qeydə alıb.

Xuraman Mənsimova adlı xanım sürücü qəfil idarəetməni itirərək "Sang Yong" markalı maşınını yaxınlıqdakı hasara çırpıb. Qəza nəticəsində sürücü və yanındakı daha iki sərnişin xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yaralılar yaxınlıqdakıların köməyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



AzNews.az