Putin Krımda əlahiddə ordu yaradır

15 Avqust 2014 08:08 (UTC+04:00)


AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Krıma səfəri zamanı Yalta şəhərində keçirdiyi toplantıda deyib.

O bildirib ki, artıq Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq proqram hazırlayıb: "Nazirlik Krım əlahiddə hərbi birləşməsinin formalaşması məqsədilə müvafiq addımlar həyata keçirir. Proqram böyük xərc tələb etmir və silahlanma mövcud imkanlar istifadə etməklə həyata keçiriləcək".

V. Putin əlavə edib ki, Moskva silahlanma ilə məşğul olmur, sadəcə öz Silahlı Qüvvələrinin müasir tələblərə cavab vermək üçün inkişafına çalışır.

Məhəmməd
AzNews.az