Ərdoğan prezident kimi ilk səfərini Azərbaycana edəcək

15 Avqust 2014 08:20 (UTC+04:00)
AzNews.az-ın sabah.com.tr saytına istinadən verdiyi məlumata görə, bu barədə R.T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

O bildirib ki, prezident səlahiyyətlərinə başlayandan sonra ilk rəsmi səfərini Azərbaycan və Şimali Kipr Türk Respublikasına edəcək.

Xatırladaq ki, 5 gün əvvəl keçirilən seçkilərdə baş nazir, AKP sədri Ərdoğan Türkiyənin 12-ci prezidenti seçilib.

Əhməd
AzNews.az