Gecə güllə yarası alan şəxs kafedə ofisant işləyirmiş - Prokrurluq

15 Avqust 2014 10:40 (UTC+04:00)
Səbail rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Samir Fazil oğlu Mehbalıyev avqustun 15-də saat 02:40 radələrində Bakının Səbail rayonu, Salyan şosesi, "Faiq" kafesinin yanından velosipetlə keçərkən naməlum şəraitdə pinevmativ tapança ilə kürək nahiyyəsindən güllə yarası alıb. O kürəyindən qan gəldiyini görərək, dərhal əmisinə zəng vurub. Xəsarət alan Samir Mehbalıyev Kliniki Tibbi Mərkəzin (KTM) cərrahiyyə şöbəsinə yerləşdirilib. Hələ ki, o əməliyyat olunmayıb.
Onun cərrahi əməliyyatın olunmamasının səbəb isə bədəninin bel nahiyyəsində aldığı xəsarətlə bağlı rentgenin cavabının alınmasıdır. Həkimklər analiz cavabları çıxdıqdan sonra əməliyyat edib və yaxud etməyəcəkləri ilə bağlı qərar verəcəklər.

Prokurorluqdan o da bildirilib ki, Samir Fazil oğlu Mehbalıyev sözü gedən ərazidə yerləşən "Gümüş" kafesində ofisant işləyirmiş. Hadisə gecə işdən qayıdarkən baş verib.

Amid
AzNews.az