Qəhrəman komandir haqda film çəkildi-rus dilində (Foto + Film)

15 Avqust 2014 11:07 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, film 20 il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında çəkilib.

Rus dilində çəkilən filmin rejissoru Elşən Rüstəmov, prodüsseri isə Kamil Həmidovdur. Filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqlarını ictimaiyyətə çatdırmaq və Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.

Qeyd edək ki, film Gənclər Fondunun maliyyə dəstəyi ilə "Addım" GİM ictimai birliyi "Müasir təbliğat" (filmlər) layihəsi çərçivəsində çəkilib.


Əhməd
AzNews.az