Təyyarədə nasazlıq Con Kerrini kommersiya reysinə keçməyə məcbur edib

15 Avqust 2014 12:11 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerri öz təyyarəsindəki texniki nasazlıq səbəbindən Vaşinqtona kommersiya reysi ilə gəlib. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

"Boeing 757" təyyarəsi Havay adalarına uça bilməyib, nəticədə C.Kerri "United Airlines" aviaşirkətinin reysi ilə Vaşinqtona yola düşüb.

Qeyd edək ki, dövlət katibi bu cür hallarla bir neçə dəfə üzləşib.

AzNews.az