Macar baş nazirdən Səfərov etirafı

12 Sentyabr 2012 09:11 (UTC+04:00)


Macarıstanın baş naziri Viktor Orban partiyasının qapalı görüşündə, etiraf edib ki, o, Səfərovun ekstradisiya edilməsi ilə bağlı göstəriş verərkən, onun tez və ya gec azad olunacağını bilirdi.

AzNews.az-ın macar xəbər portalı origo.hu – ya istinadən verdiyi xəbərə görə, Orban Səfərovun dərhal azad edilə biləcəyini ağlına belə gətirməyib. Macar nazir hesab edib ki, Səfərov ən tez 1 aydan sonra səhhəti əsas gətirilərək azad edilə bilər.

Onun eyni zamanda ekstradisiya qərarı verməzdən əvvəl partyadaşlarına bu çox riskli addımdır. Hücumlar ola bilər dediyi də gələn xəbərlər arasındadır.

Sadiq
AzNews.az