Müdafiə Nazirliyi AzNews.az-a təşəkkür etdi - Məktub (FOTO)

15 Avqust 2014 12:55 (UTC+04:00)


Nazir müavini Kərim Vəliyevin imzaladığı məktubda AzNews.az-ın qoşunlarım təmas xəttindən ictimaiyyəti maraqlandıran məlumatların operativ şəkildə əldə olunaraq, KİV-də işıqlandırılmasında, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsində və əhalinin Orduya inamının artırılmasında fəal iştirakı yüksək qiymətləndirilib.

Müdafiə Nazirliyi bu fəaliyyətinə görə AzNews.az xəbər portalının rəhbərliyinə təşəkkür edib.



Məhəmməd
AzNews.az