Ərdoğanın Azərbaycana səfər tarixi məlum oldu- VİDEO

15 Avqust 2014 17:32 (UTC+04:00)
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkənin Azərbaycan olacağı dəqiqləşib.

Ədalət və İnkişaf Partiyasının yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə Rəcəb Tayyib Ərdoğanın özü bunu açıqlayıb. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən danışıb.

ANS TV-nin məlumatına görə, Alper Coşqun qeyd edib ki, Türkiyə Cümhuriyyətinin prezidenti seçilən şəxsin ilk olaraq Azərbaycana səfər etməsinin mənəvi anlamı var. Görüşlər çərçivəsində iki ölkə arasında münasibətlər, gündəmdə olan məsələlər, TANAP və Bakı-Tiflis-Qars layihələri müzakirə olunacaq. Təmas xəttində olan əsgərlərin şəhid olması ilə bağlı prezidentin dəyərləndirilmələri olacaq. Sentyabr ayı ərzində bu səfərin reallaşacağı gözlənilir".



AzNews.az