Ukraynanın nüvə obyektləri ələ keçirildi

15 Avqust 2014 19:40 (UTC+04:00)
İlhaq olunmuş Krımdakı nüvə obyektlərini milliləşdirməyə cəhd etdiyinə görə Ukrayna Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Verilən məlumata görə, Ukrayna həmçinin Krım, habelə Sevastopoldakı nüvə obyektlərinin, qurğularının və texnologiyalarının Kiyevin mülkiyyəti olduğunu bildirib. Vurğulanır ki, bu obyekt və avadanlıqlardan birtərəfli istifadə Ukrayna və MAQATE arasında bağlanmış müqavilənin mahiyyətinə və tələblərinə zidd addım sayılacaq.

Xatırladaq ki, ünvanlanan etiraz notasında Rusiyanın Krıma, yaxud əks istiqamətə daşıyacağı nüvə hissələri də beynəlxalq normaların pozulması kimi qiymətləndiriləcək.

AzNews.az