Terrorçu “İraq Şam İslam Dövləti“ Ağ Evin önündə - FOTO

16 Avqust 2014 07:50 (UTC+04:00)

"İraq Şam İslam Dövləti" terror qruplaşması Ağ Evin önündə çəkilən şəkillə ABŞ-a meydan oxuyub.

ANS PRESS-in məlumatına görə, "İraq Şam İslam Dövləti" terror qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qadığı bir vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri fotoşəkli paylaşıblar. Belə ki, "İraq Şam İslam Dövləti" üzvlərindən biri Ağ Evin qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev olmaqla "İraq Şam İslam Dövləti" bayrağının şəklini çəkib və "Twitter" hesabında paylaşıb.



Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:

"İŞİD-dən ABŞ-a mesaj:
Biz sizin ştatdayıq,
biz sizin şəhərdəyik,
biz sizin küçələrdəyik.
Bizim hər yerdə hədəflərimiz var."

Qeyd edək ki, sözügedən şəkilin sosial şəbəkədə yayılmasından sonra Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar verilib.

AzNews.az