Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

16 Avqust 2014 08:06 (UTC+04:00)
MN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhərində avqustun 18-dən 20-dək "Əməliyyat İmkanları Konsepsiyası tibb bölməsinin inkişaf etdirilməsi" mövzusunda seminar və avqustun 22-dək "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzNews.az