Paralimpiyaçılarımız Vətənə qayıtdılar

12 Sentyabr 2012 09:38 (UTC+04:00)
London Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti, azarkeşlər və onların qohumları olublar.

Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 27-ci yeri tutublar.

AzNews.az