Dəniz daha bir gəncin həyatını əlindən aldı (Yenilənib)

16 Avqust 2014 10:36 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin saytına istinadən AzNews.az xəbər verir ki, dənizdə boğulan şəxs Gürcüstan vətəndaşı Murtuz İsayev olub.

***
10:40

Bakının Bilgəh çimərliyində dənizdə üzən gənc boğulub.

AzNews.az-ın məlumatına görə, avqustun 15-də saat 14:00 radələrində Bakının Bilgəh çimərliyində Murtuz adlı gənc dənizdə çimərkən boğulub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri çağırılıb.

Mərhumun meydi sudan çıxaqrılaraq aidiyyatı üzrə təhvil verilib.

Amid
AzNews.az