Ermənilərdən Nyu-Yorkda Ramil Səfərovun şəklini yandırdılar

12 Sentyabr 2012 09:43 (UTC+04:00)
Amerika erməni təşkilatları və cəmiyyətləri Nyu-Yorkda Ramil Səfərovun ekstradisiyası ilə bağlı etiraz aksiyası keçiriblər. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, aksiya Nyu-Yorkdakı Macarıstan konsulluğu qarşısında təşkil olunub.

Amerika erməniləri Macarıstan və Azərbaycan əleyhinə şüarlar səsləndirərək, "Qurqen Marqaryana ədalət" istəyiblər. Erməni etirazçılar Ramil Səfərovun şəklini belə yandırmaqdan çəkinməyərək, Macarıstan tərəfinin ünvanına təhqirlər yağdırıblar. Bu ölkəni Avropa dəyərlərinə xəyanətdə və satqınçılıqda ittiham ediblər.

Sadiq
AzNews.az