Polisdən velosiped əməliyyatı

16 Avqust 2014 11:14 (UTC+04:00)
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 15-də Binəqədi rayonu "1 May" yeni yaşayış sahəsində naməlum şəxs Hacı Həsənova zor tətbiq edərək, velosipedini əlindən alıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sadiq Cavadlı saxlanılıb.

Amid
AzNews.az