ABŞ və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub

16 Avqust 2014 11:23 (UTC+04:00)


APA-nın ABŞ Müdafiə Departamentinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən Pentaqonun mətbuat katibi Con Kirbi rəsmilərin Ukraynadakı mövcud vəziyyəti müzakirə etdiklərini bildirib.

"Xüsusilə cənab Heygel rusiyalı həmkarından Ukraynaya göndərilən humanitar yardımla əlaqədar məsələlərə aydınlıq gətirməsini xahiş edib. Cənab Şoyqu əmin etdi ki, Rusiyanın göndərdiyi humanitar yardım daşıyan avtomobil karvanında heç bir hərbi personal yoxdur və bu humanitar yardımdan Ukraynaya hərbi müdaxilə üçün bir bəhanə kimi istifadə edilməyib. Cənab Şoyqu bildirdi ki, yardım Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında çatdırılıb, paylanır. Rusiyanın müdafiə naziri cənab Heygeli əmin edib ki, Rusiya tərəfi Ukraynanın şərtlərinə əməl edir", - deyə Pentaqon sözçüsü qeyd edib.

Müdafiə nazirləri ikitərəfli görüşlərin keçirilməsinin vacibliyi məsələsinə də toxunublar.

AzNews.az