Moskvada Azərbaycan vətəndaşının 250 min dolları oğurlandı
16 Avqust 2014 11:47 (UTC+04:00)
Moskvada Azərbaycan vətəndaşının 250 min dolları oğurlanıb. APA TV-nin məlumatına görə, 31 yaşlı Bakı sakini "Mercedes" markalı maşınla Çaqinskaya küçəsində hərəkətdə olarkən basqına məruz qalıb.
Həmyerlimiz işıqforun qırmızı işığında maşını saxlayan zaman yaxınlıqda dayanmış "Nissan" markalı maşından 4 nəfər düşüb. Naməlum şəxslər dəmir dəyənəklə "Mercedes"in şüşələrini sındırıb və sürücünün başına tapança dirəyiblər. Ondan pulları alan qarətçilər "Nissan"a oturaraq Lyublino istiqamətində hərəkət ediblər.
Soydaşımızın təxminən 9 milyon rus rublunun əlindən aldığı bildirilir.
Bakı sakini artıq polisə müraciət edib, faktla bağlı "qarət" maddəsi ilə cinayət işi başlanıb.
AzNews.az