7 yaşlı azərbaycanlı qız “Avropanın ən yaxşı səsi” oldu - VİDEO

18 Avqust 2014 09:54 (UTC+04:00)

anspress-in məlumatına görə, mərasimə İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta, İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçi qatılıb. Tədbirdə ölkəmizi 7 yaşlı Selcan Museyibova təmsil edib. 10 gün davam edən festival günlərində təmsilçimiz 2 dəfə səhnəyə çıxıb, kiçik yaşlı iştirakçılar arasında " Ən yaxşı səs" nominasiyasına layiq görülüb. Münsiflər heyətinin tərkibində ölkəmizi "Addım Gənclər Təşkilatı"nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib.

Qeyd edək ki, Selcan Museyibova ötən il ölkəmizi Bolqarıstanda keçirilən "Golden Sparkles" festivalında təmsil edərək iki nominasiyada qalib olmuşdu.



AzNews.az