Dostluq körpüsü açıldı - EKSKLÜZIV -FOTO

12 Sentyabr 2012 10:20 (UTC+04:00)
Bu gün Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Dostluq Körpüsünün açılış mərasimi keçirilib. Heydər Əliyev Parkı ilə I Pyotrun Xiyabanını birləşdirən körpünün qırmızı lentini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəsib.

AzNews.az-a verilən məlumata görə, tədbirdə Həştərxan vilayətinin qubernatoru Jılkin.A.A çıxış edib. O, körpünün açılmasını Həştərxanda Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən addım kimi qiymətləndirib.

Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Abdin Fərzəliyev, millət vəkilləri Mübariz Qurbanlı, Mixail Zabelin, Elmira Axundova, Adil Əliyev və digər qonaqlar da iştirak ediblər.

AzNews.az