14 məktəbə yeni direktor təyinat olundu

18 Avqust 2014 14:38 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib.

O bildirib ki, Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarını artırılması təlimlərinə başlayıb: "Sözügedən təlimlərə 600-dən çox müraciət daxil olsa da, onlardan 14 nəfəri uğur sertifikatı əldə etdi".

A.Tairquliyeva onu da əlavə edib ki, təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib: "Təlimlərin keçirilməsində əsas müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir".

Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, yenidən təyinatlar gözlənilir: "Təlimlər bununla yekunlaşmır, davamlıdır. Gələcəkdə vakansiyalar yarandıqda, bu cür təlimlər keçirilərək direktorların təyinatı həyat keçiriləcək".

E.Əmrullayev qeyd edib ki, təlimlər zamanı təhsildə keyfiyyətin idarə edilməsi təhsilin hüquqi peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurrikulum nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarə olunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.

AzNews.az