Polis rəisinin oğlu maşınla adam öldürdü

18 Avqust 2014 15:30 (UTC+04:00)


Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir.

Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir. V.Eynalovun artıq işindən azad edildiyi də qeyd olunur…

Polis serjantının atası Əlibəy Eynalov uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasında polis rəisidir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təqdiqləyərək bildirdilər ki, hazırda araşdırma aparılır.

AzNews.az